Noyabrın 13-də Pakistan və Əfqanıstan arasında Çəmən sərhədində baş verən qarşıdurmada bir pakistanlı əsgərin ölümünə görə bağlanan sərhəd qapısı yenidən açılıb.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, hücumdan sonra iki ölkə əsgərləri arasında davam edən danışıqlarda irəliləyiş əldə edilib.

Rəsmilər Əfqanıstanın təcavüzkarı Pakistana təhvil verəcəyinə dair zəmanət verdiyini bildiriblər.

Pakistan və Əfqanıstan təhlükəsizlik qüvvələri sərhəddə əl sıxıb və sərhəd keçidi 8 gün sonra piyadaların və ticarət keçidlərinin üzünə açılıb.

Qeyd edək ki, Pakistan rəsmiləri noyabrın 13-də Əfqanıstandan açılan atəş nəticəsində bir pakistanlı əsgərin həlak olması və digərinin yaralanması səbəbindən sərhəd keçidinin müvəqqəti bağlandığını açıqlamışdılar.

Səlahiyyətlilər bildiriblər ki, sərhəd keçid məntəqəsi təcavüzkar Pakistan hakimiyyətinə təhvil verilənə qədər bağlı qalacaq.

Məhəbbət Məmmədov