Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İslam Əməkdaşlıq Təşkilatının sammitinin  tədbirində iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə danışıqlar aparıb.

İqtisadiyyat.az xəbər verir ki, görüş çərçivəsində Özbəkistan-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Görüş zamanı bildirilib ki, iki ölkə arasında ticarət göstəriciləri artır, avtomobil, elektrotexnika, tekstil sənayesi, enerji sektoru, kənd təsərrüfatı, logistika və digər prioritet sahələrdə mühüm əməkdaşlıq layihələri həyata keçirilir. Eyni zamanda mədəni-humanitar tədbirlər həyata keçirilir.

Özbəkistan və Azərbaycan liderləri praktiki əməkdaşlıq proqramlarının və layihələrinin təşviqi üzrə birgə işin intensiv şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib.

Tədbirin keçirilməsi barədə razılıq İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçıları Şurasının oktyabrın 10-da Şuşa şəhərində keçirilmiş 27-ci iclasında əldə olunub.