"2022-ci ildə 109 mindən çox ziyarətçi Şahdağa səfər edib, hotellərdə 60 minə yaxın qonağa xidmət göstərilib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov deyib.

O bildirib ki, bu ilin yanvar-iyun aylarında 70 minə yaxın qonaq qəbul edilib:

"Hotel xidmətlərindən isə 26 min turist istifadə edib".