Ötən il ölkədə 60810 ölüm halı qeydə alınıb.

İqtisadiyyat.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən xəbər verib.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə ölənlərin sayı 7,7-dən 6-ya qədər azalıb.

Ölənlərin 1925 nəfəri (3,2 faizi) 0-17 yaşda, 6387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15815 nəfəri (26,0 faizi) 50-64 yaşda, 36683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.