Ötən il Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2869 nəfər gələn, Azərbaycandan isə 1069 nəfər gedən qeydə alınıb.

İqtisadiyyat.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən xəbər verib.

Qeyd olunub ki, miqrasiya saldosu ölkə üzrə müsbət 1800 nəfər təşkil edib.