Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tabeliyindəki nəqliyyat vasitələrini kasko sığorta etdirir.

İqtisadiyyat.az xəbər verir ki, AZPROMO avtomobillərin kasko sığortası xidmətini "Qala Sığorta" ASC-yə həvalə edib.

Agentlik sığorta şirkəti ilə 5.621,35 manatlıq müqavilə bağlayıb.

"Qala Sığorta" bu məbləğə ümumilikdə Agentliyin 7 avtomobilini bir illik sığortalayacaq.