Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa bitərəf namizəd olan Rizvan Nəbiyevin seçkiqabağı təşviqat çərçivəsində Abşeron rayonunda seçicilərlə növbəti səyyar görüşlər keçirilib.

Budəfəki görüşlər Abşeron Gənclər Şəhərciyinin və Sosial Xidmətlər Agentliyinin Masazır kəndindəki “Məzun evi”nin sakinləri ilə baş tutub. 

Deputatlığa namizəd hər iki görüş zamanı seçicilərini Seçki Platforması ilə tanış edib, onları hədəf götürdüyü məsələlər barədə məlumatlandırıb.

Deputatlığa namizəd gənclərin ictimai fəallığının artırılması, eləcə də həyati bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıb.

Deputatlığa namizəd Seçki Platformasında hədəf götürdüyü məsələlərin gənclərin təhsili, xaricdə təqaüd imkanları, peşə fəaliyyəti, peşə təhsili, qadın sahibkarların təşəbbüsləri, səyyar səhiyyə müayinələrinin təşkili və s. mövzuları əhatə etdiyini xatırladıb.

R.Nəbiyev seçicilərin təklif və müraciətlərini dinləyib, onların suallarını cavablandırıb.