İlin sonuna yaxınlaşdıqca maaş və sosial müavinətlərdə artım məsələsi aktuallaşır. Bu ilin büdcəsinə əsasən 2023-cü ildə artımların nə qədər olacağı proqnozlaşdırılır. Bu barədə İqtisadiyyat.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, növbəti il üçün əmək haqqı artımları ilə bağlı konkret bir fikir yoxdur:

“Əmək haqqı fondu büdcəsi 670 milyon manat artırılıb. Artırılan məbləğin 470 milyon manatı təhsil sektoruna yönəldilib. Hesab edirəm ki, bu daha çox məhz 2022-ci ilin sentyabrından başlayan əlavə differensial əmək haqqı metodologiyasına yönəldiləcək. Sosial müavinətlərin artırılması ilə bağlı isə ola bilsin ki, 2023-cü ildə maliyyə nazirliyinin büdcə hesabına və ya Prezdentin büdcə hesabına hansısa qərarlar qəbul edilsin.”

Qeyd edək ki, ölkədə pensiyalar nominal ifadədə artacaq. Bu da orta aylıq əmək haqqının artım tempinə uyğun olacaq.