Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında informasiya və rabitə müəssisələri 2546,1milyon manatlıq xidmət göstərib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xidmətlərin 73,2%-i əhaliyə göstərilib. Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8% artıb, bu sahədə əldə edilən gəlirin 83,4%-i qeyri-dövlət sektorunun payına düşüb.