Azərbaycanda bu ilin yanvar-avqust aylarında informasiya və rabitə müəssisələri 1976,5 milyon manatlıq xidmət göstərib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, xidmətlərin 76,1%-i əhaliyə göstərilib. Hesabat dövründə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3% artıb, bu sahədə əldə edilən gəlirin 83,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Gözəl Həşimova