Moskvanın Taqanski Məhkəməsi “Telegram” messencerini cərimələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, “Telegram Messenger Inc” İnzibati Xətalar Məcəlləsinin (İXM) 13.41-ci maddəsinin 2-ci hissəsini pozmaqda təqsirli bilinib. Agentliyin məlumatına görə, messencer Rusiyada qadağan olunmuş məlumatları silməkdən imtina edib. Qeyd olunub ki, söhbət anti-Rusiya hərəkətləri barədə məlumatlardan gedir.

Bununla da Şirkət üç milyon rubl cərimələnib. İnzibati Xətalar Məcəlləsinin bu maddəsinin pozulmasına görə maksimum cərimə dörd milyon rubl təşkil edir.

 

Sadiq Cavadov