Azərbaycanın bu ilin yanvar-iyul aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 139 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,2 milyon dollar və ya 24,3% çoxdur.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycan şəkər idxalına 111,8 milyon dollar xərcləyib.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1,46%-ni təşkil edib.

 

Gözəl Həşimova