Azərbaycana bu ilin yanvar-avqust aylarında kakao idxalı 68,2 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkənin kakao idxalına çəkdiyi xərc ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycandan 5,6 milyon dollarlıq kakao ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 min dollar azdır.

 

Gözəl Həşimova