Dəstə üzvləri 2000 manata yaxın olan 8 baş xırda buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus tövbəyə qanunsuz olaraq ümumi dəyəri 2000 manata yaxın olan 8 baş xırda buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakinləri Qamət Ələkbərov, İsmayıl Orucov,Göygöl rayon sakini Mahmud Cəfərov və həmyerlisi Sənan Əmraslanov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxlər törətdikləri cinayət əməllərini etiraf ediblər. Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam edir.