2023-cü ilin yanvar-sentyabr aylarında Niderland Azərbaycan iqtisadiyyatına 100 milyon dollar investisiya yatırıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 66.7% və ya 40 milyon dollar artıb. Belə ki, 2022-ci ili yanvar-sentyabr aylarında Niderlandın Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 59.9 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 372.2 milyon dollara bərabər olub.