2022-ci il ərzində aktivlərin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliyi səbəbindən ARDNF-nin vəsaitlərinin idarə edilməsindən 2 milyard 461,3 milyon ABŞ dolları (4 milyard 184,21 milyon manat) azalma müşahidə olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında qeyd olunub.

Hesabat ilində ARDNF-nin investisiya portfelinin gəlirliliyi -5,2% təşkil edibdir. Buna Azərbaycanın Neft Fondunun aldığı istiqraz və səhmlərin ucuzlaşması səbəb olub.