Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.

İqtisadiyyat.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilə əlaqədar irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.

Qərara əsasən, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin cari ildə Naxçıvan Dövlət Universitetinin tabeliyində fəaliyyətinin maliyyələşdirilməsi Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi üzrə nəzərdə tutulmuş vəsait çərçivəsində davam etdirilməli, 2024-cü ildən isə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməlidir.

Maliyyə Nazirliyi qeyd olunan maliyyələşmə məsələlərini növbəti illərin Azərbaycan Respublikasının icmal və dövlət büdcəsinin tərtibi prosesində nəzərə almalıdır.