UNESCO çərçivəsində “Beynəlxalq Türk Dili Günü”nün təsis edilməsi məsələsini xüsusilə vurğulamaq istərdim.

İqtisadiyyat.az xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

"Azərbaycanın təşəbbüsü ilə 16 martda Ankarada keçirilmiş TDT-nin Fövqəladə Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə də üzv ölkələrin liderləri “UNESCO tərəfindən “Beynəlxalq Türk Dili Günü”nün elan edilməsi ilə bağlı tam dəstəklərini bir daha təsdiq edib. Bu yöndə görülən işlərin müsbət nəticə verəcəyinə və “Beynəlxalq Türk Dili Günü”nün təsis olunmasının UNESCO Baş konfransının 42-ci sessiyasında təsdiqlənəcəyinə inamımızı ifadə edirik", - o əlavə edib.