Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəsinin Avropa İttifaqı (Aİ) ilə heç bir münasibət qurmayacağını açıqlayıb.

Baş nazir bu barədə iş adamlarının iştirak etdiyi "Britaniya Sənaye Konfederasiyası” (CBI) illik konfransının açılışında deyib:

"Ticarətlə bağlı, bunu açıq deyim ki, mənim rəhbərliyim altında Böyük Britaniya AB qanunlarına uyğunluq əsasında Avropa ilə heç bir əlaqə qurmayacaq. Bizim məqsədimiz insanların Böyük Britaniyaya kiçik qayıqlarla gəlməsini dayandırmaqdır. Biz qeyri-qanuni immiqrasiyaya son qoymaqda irəliləyiş əldə edirik və qeyri-qanuni immiqrasiya ilə mübarizədə qərarlıyıq.”