Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, layihəyə əsasən, Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.