Milli Müdafiə naziri Hulusi Akar, "Bizim SADAT ilə heç bir əlaqəmiz yoxdur. Bu, bizdən kənar bir hadisədir".

İqtisadiyyat.az xəbər verir ki, SADAT ilə bağlı danışan nazir Akar, “Milli müdafiə naziri olaraq qəti şəkildə deyirəm ki, bizim nazirlik olaraq heç bir əlaqəmiz yoxdur.Bu, tamamilə bizdən kənar bir şeydir. Bunu bilmək lazımdır” deyə qeyd edib.