Naxçıvan Muxtar Respublikasında oksigen istehsalı müəssisəsi satışa çıxarılır.  

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müəssisə 2 164 772 manata təklif olunur.

Ötən il istismara verilən müəssisə Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşir.

Sözügedən əmlak dekabrın 1-də hərraca çıxarılacaq.