Laçın rayonunun bir sıra yaşayış məntəqəsinə elektrik veriliş xətti çəkiləcək.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" bununla bağlı hazırlıqlara başlayıb.

Güləbird, Şəlvə, Ərikli, Kürdhacı kəndlərinin və Qorçu qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işlərinə başlanılır.

"Azərişıq" sözügedən işləri  "Smart Energy Services" MMC-yə həvalə edib və şirkətə 6,3 milyon manat vəsait ödəyib.