NASA-nın 1984-cü ildə kosmosa buraxdığı radiasiya peyki ERBS-in bu gün Yer atmosferinə daxil olacağı gözlənilir. 

İqtisadiyyat.az xəbər verir ki, illərdir Yer ətrafında dövr edən 2500 funtluq peykin Yer atmosferinə daxil olacağı gözlənilir.  

Peykin böyük hissəsinin atmosferdə yanacağı, bəzi hissələrinin Yerə düşə biləcəyi, 

lakin zədələnmə riskinin çox az olduğu bildirilib.  

Peykin dəqiq nə vaxt və hansı bölgəyə düşəcəyi hələlik qeyri-müəyyən olaraq qalır. 

Qeyd edək ki, Amerika Milli Aeronavtika və Kosmos İdarəsi olan NASA 38 il əvvəl ERBS radiasiya peykini kosmosa göndərmişdi. Atmosferdəki dəyişiklikləri müşahidə edən və ölçən peyk 2005-ci ildə öz missiyasını başa vuraraq kosmik tullantıya çevrilmişdi.