“ABŞ Ukraynaya 125 milyon dollar dəyərində əlavə hərbi yardım verəcək”.

İqtisadiyyat.az “Bild”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Kirbi vurğulayıb ki, yeni yardım paketi ABŞ-nin Ukraynaya sarsılmaz dəstəyinin nümayişidir.

ABŞ dövlət katibi Antoni Blinken aydınlaşdırıb ki, yardım hava hücumundan müdafiə sistemləri üçün raketlər, raket sistemləri və artilleriya üçün sursat, radarlar və tank əleyhinə silahlardan ibarət olacaq.

Blinken əmindir ki, bu texnikalar Ukraynaya öz qoşunlarını qorumağa və bütün döyüş təmas xətti boyunca imkanlarını artırmağa kömək edəcək.

 

Sadiq Cavadov