İqtisadiyyat.Az-ın məlumatına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklərdə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə artıq bütün vergi ödəyicilərinə, 1-ci dəfə 1000 manat, 2-ci dəfə 3000 manat, 3 və daha artıq hallarda isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Xatırladaq ki, dəyişiklik edilməzdən əvvəl qanunda eyni qanun pozuntusuna görə vergi ödəyicisinə-1200 manata qədər, vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün isə 6000 manata qədər sanksiya tətbiq edilirdi.