Bu gün Şərq Bazarında keçirilən “Nabat Talks Biznes Forumu”nun əsas tərəfdaşlarından olan KOBİA sahibkarlara və kiçik bizneslərə uğur qazandırmaqda hər zaman uğurlu mövqe daşıyır.

KOBİA “Nabat Talks Biznes Forumu”nda biznes konsaltinqi və təlimindən tutmuş maliyyələşdirmə və şəbəkə imkanlarına çıxışa qədər biznesi irəli aparmaqda hərtərəfli dəstək sistemi nümayiş etdirdi.

 

 

Forumun digər tərəfdaşı ASK-dır. Nümayişdə sahibkarların suallarını cavablandırın qurum dəstəyi ilə iştirakçılarda motivasiya yaratdı.

ASK Azərbaycan Respublikasında İşəgötürənlərin ictimai birliyi olub, özündə 6000-dən çox sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər iqtisadi və sosial yönümlü assosiasiya və ittifaqı birləşdirir.

Qurum Beynəlxalq İşəgötürənlər Təşkilatının, Ümumdünya QHT Assosiasiyasının, Beynəlxalq Sənayeçilər və Sahibkarlıq Konqresinin üzvüdür.

 

Tədbirin sponsoru həm də turizm sahəsində lider olan "Pasha Travel" şirkətidir.

Forumda AZAL və turoperator PAŞA Travel-ın uğurlu əməkdaşlığı diqqətə çatdırıldı. Bildirildi ki, hər iki qurumun səyi ilə yenidən Monteneqroya çarter reyslər başlayacaq.

 

Xatırladaq ki, forumun informasiya dəstəyi Azərbaycanın iqtisadi, sosial, siyasi, bank işi, fond, sığorta, sənaye və digər sahələrdə aparıcı saytlarından biri olan https://iqtisadiyyat.az saytıdır.