Bu gün yerli sahibkarlığa dəstək məqsədilə “Nabat Talks Biznes Forumu” öz işinə başlayıb.

“Nabat Talks Biznes Forumu” expo-da məhsul və xidmətlərin təqdimatı, əl işləri yarmarkası, eləcə də təcrübələri biznesinizdə çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək təcrübəli sahibkarların çıxışları gözlənilir. Tədbir iştirakçıları biznes sahələri ilə daha yaxından tanış olmaq və potensial əməkdaşlıqları müzakirə etmək imkanı əldə edəcəklər.
Forum texnologiya və təhsil, turizm, qida, marketinq, hüquq, moda, estetika və bir sıra sahələri əhatə edir.

Qeyd edək ki, forumun informasiya dəstəyi Azərbaycanın iqtisadi, sosial, siyasi, bank işi, fond, sığorta, sənaye və digər sahələrdə aparıcı saytlarından biri olan https://iqtisadiyyat.az saytıdır.