80-dən çox ölkə ötən il hərbi xərclərini artırıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatında deyilir.

Hesabat dövründə müdafiəyə ən çox pul xərcləyən ölkələr ABŞ (876,9 milyard dollar), Çin (292 milyard dollar) və Rusiyadır (86,4 milyard dollar). Eyni zamanda, ABŞ NATO-ya üzv ölkələr arasında hərbi xərclərə görə liderdir. Məlumata görə, alyansın hərbi xərcləri dünya ölkələrinin xərclərinin yarısına bərabərdir. Belə ki, NATO-nun hərbi xərcləri 1,2 trilyon dolları ötür.

Bundan əlavə, ötən il Ukraynanın hərbi xərcləri 2021-ci illə müqayisədə 7 dəfə artaraq 43,98 milyard dollar təşkil edib. NATO üzvləri bu müddət ərzində Ukraynanın hərbi ehtiyaclarını 38,6 milyard dollar maliyyələşdiriblər ki, bu da ümumi hərbi xərclərin 1,6%-nə bərabərdir.