Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinin xarici işlər naziri Riad Malki ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Danışıq zamanı nazir Çavuşoğlu Türkiyənin hər zaman Fələstinin yanında olacağını, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazır olduğunu bir daha vurğulayıb.