Rusiyada pis hava şəraiti ilə əlaqədar Şeremetyevo, Vnukovo və Domodedovoda hava limanlarında 28 reys gecikib və ləğv edilib.

Məlumata görə, Vnukovoya iki reys gecikib, dörd reys təxirə salınıb. "Domodedovo"da 12 reys gecikib, "Şeremetyevo"da isə altı reys gecikib, altı reys təxirə salınıb.

Federal Hava Nəqliyyatı Agentliyindən bildirilib ki, uçuş gecikmələri təyyarələrin buzdan təmizlənməsi və aerodrom infrastrukturunun qardan təmizlənməsi müddətinin uzanması ilə bağlı olub.