Milli Ödəniş Sistemi vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu ilin 9 ayı ərzində ölkədə Milli Ödəniş Sistemi vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 36% artaraq 203.2 mlrd. manat, sayı isə 26% artaraq 65.6 mln. ədəd təşkil edib. 
Əlavə olaraq onu da qeyd edək ki, 01.10.2022-ci il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 13.2 mln. ədəd , bankomatların sayı 3029 ədəd, POS-terminalların sayı isə 74454 ədəd təşkil edib.