Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı dövlət əleyhinə səsləndirdiyi qərəzli fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.

İqtisadiyyat.az-ın  məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında tapşırıq verib. “İntizam Komissiyası bu məsələ ilə məşğul olsun”, - deyə S.Qafarova bildirib.

Qeyd edək ki, deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər.