Bu gün “Gələcəyə dəyər” şüarı ilə “Baku Marriott Hotel Boulevard”da 500 nəfərin iştirakı ilə Milli İnsan Resursları Forumu öz işinə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, “Facemark” MMC və “Business Management School” MMC, “HR Option” MMC təşkilatçılığı, “ROOF Academic Training” şirkətinin baş sponsorluğu, "Consulta" İdarəetmə və Texnologiya Konsaltinq şirkətinin və “Alas Academy”nin panel sponsorluğu, Başkent” restoranlar şəbəkəsinin dəstəyilə 500 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq forum ölkəmizdə insan resursları idarəçiliyinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.