Wall Street Journal (WSJ) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyaya qarşı işləmək üçün kadrlar axtardığını yazıb.


İqtisadiyyat.az xəbər verir ki, Wall Street Journal (WSJ) qəzetində yer alan xəbərə görə, MKİ-nin əməliyyatlar üzrə müdir müavini David Marlowe təşkilatın hədəfini akademiklərlə izah edib.

“MKİ Ukrayna müharibəsindən narazı qalan rus casusları işə götürməyi planlaşdırır” başlıqlı xəbərə görə, Marlou Corc Meyson Universitetindəki Hayden Mərkəzində etdiyi çıxışda Qərb kəşfiyyat orqanlarının narazı rusları fürsətə çevirə biləcəyini bildirib.


“Biz bütün dünyada Rusiya işğalından bizim qədər iyrənən rusları axtarırıq”, - deyə Marlou bildirib.
"Bizimlə işləmək istəyən hər kəsi alqışlayırıq" deyən Marlou vacib məlumatlarla ruslara casusluq etməyi təklif edib.