ABŞ-ın Meksika sərhədində tikdiyi 9 metr hündürlüyündəki divara dırmaşaraq qeyri-qanuni yollarla Meksikadan ABŞ-a keçməyə çalışan mühacir divardan yıxılaraq dünyasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, şəhər polisindən verilən açıqlamada, ABŞ sərhədində divara dırmaşan qadının yıxıldığı xəbərinin ardından hadisə yerinə gedən qrupların, qadının ABŞ tərəfində hərəkətsiz uzandığını gördüyü bildirilib.

Hadisə yerinə gələn qruplar tərəfindən aparılan yoxlamalar nəticəsində qadının həyati əlamətlərinin olmadığı müəyyən edilib.