“Mançester Yunayted” klubu hücumçusu Kriştianu Ronaldunun müqaviləsinə xitam verib.

Bu barədə klubun saytından bildirilib.

Qeyd olunub ki, portuqaliyalı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildikdən dərhal sonra o, komandadan ayrılıb.