İl ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üzrə “Pul Siyasəti İcmalı”ında məlumat verilib.

Belə ki, manat avroya, Türkiyə lirəsinə, Rusiya rubluna, funt-sterlinqə və Yaponiya yeninə qarşı bahalaşıb, İsveçrə frankına, Ukrayna qrivnasına və Gürcüstan larisinə qarşı ucuzlaşıb.

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Ümumilikdə, il ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 12,1 faiz, real effektiv məzənnəsi isə 12,4 faiz bahalaşıb.

Effektiv məzənnə indeksləri, illik dəyişmə:

Qeyd edək ki, 2014-cü ilin sonu ilə müqayisədə REM (real effektiv məzənnə) 22,4 faiz ucuzlaşıb.