Fransa prezidenti Emmanuel Makron və Çin lideri Si Cinpin danışıqlardan sonra birgə bəyanat yayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Bəyanatda iki ölkə arasında strateji dialoqun vacibliyi vurğulanır, nüvə müharibəsinin qarşısının alınması və Ukraynada sülhün bərqərar edilməsi üçün bütün səylərin əhəmiyyəti dəstəklənir.

Sənəddə xüsusilə qeyd olunur ki, Fransa və Çin: dövlətlər arasında fikir ayrılıqlarının və mübahisələrin sülh yolu ilə, dialoq və məsləhətləşmələr yolu ilə həll edilməli olduğuna inanırlar.

Qeyd edək edək ki, Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 5-də Çinə üç günlük səfərə gəliblər.