Özbəkistandakı 20 illik fəaliyyəti ərzində rusiyanın neft şirkəti "Lukoyl" bu ölkədəki layihələrə 7,5 milyard dollar sərmayə qoyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti Özbəkistanda işin 20 illiyi ilə bağlı məlumat yayıb.

Respublikada fəaliyyət göstərdiyi müddətdə müəssisə 134,4 milyard kubmetr qaz istehsal edib.

Bu müddət ərzində “Lukoyl”un Özbəkistan iqtisadiyyatına qoyduğu maliyyə investisiyalarının ümumi həcmi 10 milyard dolları ötüb.

 

Gözəl Həşimova