“Litva ordusunda xidmətdə olan “Panzerhaubitze 2000” özüyeriyən haubitsalarını Kiyevə verməmək qərarına gəlib. Ölkə yalnız artilleriya mərmiləri verəcək.”

İqtisadiyyat.az bildirir ki, bunu Dövlət Müdafiə Şurasının iclasının yekunlarına həsr olunmuş görüşdə Litvanın müdafiə naziri Arvydas Anusauskasın deyib.

O, Litvanın haubitsalarını Kiyevə hansı səbəbdən verməməsi barədə yalnız bunları deyib:

“Görüş qapalı formatda keçib, ona görə də qərarın təfərrüatları barədə məlumat verə bilməyəcəm”.