Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra lirə dəyər itirməyə davam edir.

İqtisadiyyat.az xəbər verir ki, lirə dollar və avro qarşısında sürətlə ucuzlaşır.

Birjada dollar lirə qarşısında 1.86% bahalaşaraq 25.85 lirəyə çatıb. Avro isə lirə qarşısında 1.70% dəyər qazanaraq 28,20 lirəyə yüksəlib.

Əlavə edək ki, iyunun 22-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 8,5%-dən 15%-ə yüksəldib. Bununla da Bank 2021-ci ilin mart ayından bəri ilk dəfə uçot dərəcəsini artırıb.