Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Parlamentinin Rusiyanı “terrorçuluğu dəstəkləyən ölkə” kimi tanımasına münasibət bildirib:

"Məncə, bu, ağlı başında olan hər kəs üçün aşkardır, mənim tibb təhsilim yoxdur".

Qeyd edək ki,Avropa Parlamenti Rusiyanı “qeyri-insani və qəddar hərəkətlər” ittihamı ilə “terrorçuluğu dəstəkləyən ölkə” kimi tanıyan qətnamə layihəsini qəbul edib.