Latviyanın Təhsil və Elm Nazirliyi 2026-2027-ci tədris ilindən məktəb şagirdlərinə ikinci xarici dil kimi rus dilini seçməyi qadağan etməyi planlaşdırır.


İqtisadiyyat.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) rəsmi dillərindən biri Latviyanın bütün məktəblərində ikinci xarici dil kimi tədris olunacaq. Hökumətlərarası sazişlərlə tənzimlənən digər xarici dillər bu qaydadan çıxarılacaq.


Rus dili Aİ-nin rəsmi dilləri sırasında olmadığından və hökumətlərarası sazişlərdə göstərilmədiyindən, yeni təcrübə o deməkdir ki, rus dilinin məktəblərdə ikinci xarici dil kimi tədrisi qadağandır.