Kürdəmir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, “İsuzu” markalı yük maşını hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəticədə avtomobil yol kənarındakı hasara çırpılıb.

Hadisə zamanı hər iki avtomobili sürücüsü, eləcə də sərnişinlər Göyçay rayon sakinləri - 1994-cü il təvəllüdlü Novruzov Cahangir Natiq oğlu və 2000-ci il təvəllüdlü Mikayılov Kənan Qaçay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda fakt araşdırılır.