Putinin mətbuat katibi Peskov prezidentin ölkənin səfərbərliyini elan etmək planları ilə bağlı şayiələri təkzib edib.

“Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti zamanı ölkənin səfərbərliyini elan etmək planları barədə məlumat həqiqətə uyğun deyil.”

Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Qeyd edək ki, Putin sonuncu dəfə Federal Məclisə 2021-ci ilin aprelində müraciət edib.