Ötən ilin 9 ayında icmal xarici borc statistikasının vә beynәlxalq investisiyalar balansının mәlumatlarının yığılması vә ümumilәşdirilmәsi eyni qaydada davam etdirilib. Maliyyə Nazirliyi tərəfindən təqdim olunan xarici borc məlumatları əsasında dövlət və dövlət təminatlı xarici borc statistikası, kommersiya banklarından alınan rəqəmsal balans əsasında bank sektoru üzrə xarici borc statistikası Mərkəzi Bank tərəfindən formalaşdırılıb.

İqtisadiyyat.az bu barədə AMB-nin hesabatına istinadən bildirir.

Dövlət və dövlət təminatlı kreditlər, hökumət və korporativ qiymətli

kağızlar, debitor və kreditor borclar üzrə göstəricilərlə yanaşı banklar tərəfindən təqdim olunan məlumatlar da nəzərə alınmaqla ölkənin icmal xarici borc və beynəlxalq investisiyalar statistikası icmallaşdırılıb.

İcmal xarici borc statistikasının və beynəlxalq investisiyalar balansının məlumatlarının yığılması və ümumiləşdirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə avtomatlaşdırma işləri həyata keçirilib.