Konyaspor" klubu Mahir Emrelini heyətinə qatdığını açıqladı.

İqtisadiyyat.az xəbər verir ki, "Konyaspor" 25 yaşlı azərbaycanlı hücumçu Mahir Emrelinin transferi üçün 2022-23 mövsümünə qədər Xorvatiya Superliqa komandalarından olan Zaqreb "Dinamo"su ilə anlaşıb. Azərbaycan Millisinin heyətində 39 dəfə forma geyinən Mahir Əmrəli bu mövsüm Zaqreb “Dinamo”su ilə ümumilikdə 13 oyuna çıxıb və 3 qol vurub.