Konqo Demokratik Respublikasında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polis məmuru Pecos Menyanqa məlumat verib. Məlumatda sürüşmə nəticəsində 11 nəfərin həyatını itirdiyi, 7 nəfərdən xəbər alına bilmədiyi bildirib.

Sürüşmə nəticəsində bir çox evin yararsız hala düşdüyünü qeyd edən Menyanqa, ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını deyib.

Qeyd edək ki, Fevralın 22-də ölkənin Şimali Kivu bölgəsində baş verən sürüşmə nəticəsində 7 nəfər, mayın 21-də isə 14 nəfər torpaq sürüşməsi nəticəsində həlak olub.

Məhəbbət Məmmədov