Ukraynanın paytaxtı Kiyevdə hava həyəcanı siqnalı verilib. Bu barədə şəhər administrasiyasının Telegram kanalında məlumat verilib.

Məlumata görə, Kiyevin bütün sakinləri təcili olaraq sığınacaqlara köçməyə çağırılıb.

Sumı, Poltava, Dnepropetrovsk, Nikolayev və Odessa vilayətlərində də hava xəbərdarlığının elan edildiyi bildirilib.